Göygöldə iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

Göygöldə iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb
# 23 avqust 2021 12:51 (UTC +04:00)

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun rayonun Qızılca kəndində keçən hissəsində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR