Göygöldə iki avtomobil toqquşub, xəsarət alanlar var

Göygöldə iki avtomobil toqquşub, xəsarət alanlar var
# 16 sentyabr 2021 11:12 (UTC +04:00)

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun "Zavod" adlandırılan ərazisi yaxınlığında qeydə alınıb. "Mercedec" markalı və digər minik maşınının toqquşması nəticəsində iki qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilirb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR