Göygöldə qadın qəza yerində həlak olub - FOTO - VİDEO

Göygöldə qadın qəza yerində həlak olub  - FOTO  - VİDEO
# 23 noyabr 2021 20:41 (UTC +04:00)

Göygöldə piyadanın ölümü ilə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən orta yaşlı qadını vurub. Qadın hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR