Göygöldə yol qəzası olub, xəsarət alanlar var

Göygöldə yol qəzası olub, xəsarət alanlar var
# 02 avqust 2021 18:25 (UTC +04:00)

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayonun Toğanalı kəndindən keçən hissəsində qeydə alınıb. Yol nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım brİqadası cəlb olunub. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR