Güclü külək Gəncənin və Samuxun bir neçə hissəsini işıqsız qoyub

Güclü külək Gəncənin və Samuxun bir neçə hissəsini işıqsız qoyub
# 29 iyun 2021 23:08 (UTC +04:00)

Güclü külək səbəbi ilə Gəncənin bəzi qəsəbələrində elektrik enerjisinin verilməsi kəsilib.

APA-nın yerli bürosunun məlumatına görə, Sadıllı, Poçt, Məhsəti, Şeyxzamanlılar qəsəbəsi, Tereşkova küçəsi və Dəmir Vağzalı ərazisindəki yaşayış binalarına elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Buna səbəb küləyin elektrik xətlərini və dirəklərini zədələməsi olub. Həmin ərazilərdə elektrik enerjisinin verilişi dayandırılıb. Həmçinin, güclü külək nəticəsində Poçt qəsəbəsində elektrik paylayıcısı partlayıb.

Əraziyə FHN əməkdaşları cəlb olunub, baş vermiş yanğının qarşısı alınıb.

Hazırda əlaqədar qurumlar tərəfindən yaranmış problemin aradan qaldırılması istiqamətində iş aparılır.

Bundan əlavə güclü külək Samux rayonunda bəzi hissəsini işıqsız qoyub.Rayonun Qarayeri,Sərkar,Ziaydlı və bir neçə kəndlərində güclü külək səbəbindən elektrik enerjisinin verilməsi dayanıb.Bundan əlavə küləyin əsməsi nəticəsində biçilmiş taxil sahəsində yanğın baş verib.Dərhal əraziyə FHN nin əməkdaşları cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR