Güclü yağış Gəncədə selə səbəb olub - FOTO - VİDEO - YENİLƏNİB

Güclü yağış Gəncədə selə səbəb olub - FOTO  - VİDEO  - YENİLƏNİB
# 14 iyul 2021 07:07 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

Saat 02:56

Gəncədə yağıntılı hava şəraiti bir sıra fəsadlar törədib.

APA-nın yerli bürosunun məlumatına görə, ötən gün axşam 22 radələrindən yağan güclü yağış selə səbəb olub.

Sel şəhərin bir neçə küçəsində avtomobillərin hərəkətinə, həmçinin, insanların gediş-gəlişinə çətinliklər yaradıb.

Şəhərin Sadıllı, Məhsəti qəsəbəsi sel suları altında qalıb. Bəzi həyətlərə sel suları ilə dolub. Hazırda ölkənin qərb bölgəsində - Göygöl, Samux, Daşkəsən, Şəmkir və Gədəbəy rayonlarına qeyri-sabit hava şəraiti davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR