Güclü yağış Tovuzda fəsadlar törədib - VİDEO

Güclü yağış Tovuzda fəsadlar törədib - VİDEO
# 17 sentyabr 2021 23:53 (UTC +04:00)

Tovuzda güclü yağan yağışdan sonra gələn sel suları fəsadlar törədib.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Əsrik Cırdaxan, Yanıqlı və ucqar kəndlərə sel suları gəlib.

Nəticədə evlərə su dolub, kənd təsərrüfatına ziyan dəyib. Bundan başqa, yolları yarasız hala düşüb, kommunikasiya xətləri də sıradan çıxıb.

Sözügedən kəndlərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Baş verən təbiət hadisəsi ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR