Gürcüstanda azərbaycanlı ailənin 4 üzvü yol qəzasında həlak olub - FOTO - VİDEO

Gürcüstanda azərbaycanlı ailənin 4 üzvü yol qəzasında həlak olub - FOTO  - VİDEO
# 28 noyabr 2021 23:42 (UTC +04:00)

Gürcüstanda Bolnisi-Dmanisi yolunun Kazreti yaşayış məntəqəsindən keçən hissəsində azərbaycanlı ailənin 4 üzvü yol qəzasında vəfat edib.

APA-nın Gürcüstan bürosu yerli sakinlərə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 16:40-da qeydə alınıb.

Məlumata görə, Bolnisi rayonunun Kəpənəkçi kəndindən qayıdan Dmanisi rayonunun Səfərli kənd sakini Şakir Məmmədov ötmə əməliyyatını yerinə yetirərkən qarşıdan gələn yük maşını ilə toqquşub.

Nəticədə sürücü Şakir Məmmədov, atası Qurban Məmmədov, həyat yoldaşı Nargilə Məmmədova və ailənin 11 yaşlı övladı hadisə yerində dünyasını dəyişib.

Həlak olanların meyitləri tibbi ekspertiza üçün Rustavi şəhərinə aparılıb.
Faktla əlaqədar cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR