Gürcüstanın Qardabani rayonunun Nəzərli kəndindən olan iki azərbaycanlı yeniyetmə rayonda yerləşən Su Elektrik Stansiyasının yaxınlığındakı süni göldə batıb.
APA-nın yerli bürosunun xəbərinə görə, 17 yaşlı yeniyetmə boğulmaq təhlükəsi ilə üzləşən 15 yaşlı kəndlisini xilas etməyə çalışıb, bu zaman hər ikisi suda batıb.
Yeniyetmələrin meyitləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.