Gürcüstanda iki İran vətəndaşı dəm qazından zəhərlənərək ölüb 

Gürcüstanda iki İran vətəndaşı dəm qazından zəhərlənərək ölüb 
# 01 dekabr 2021 08:33 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tbilisidə iki İran vətəndaşı dəm qazından zəhərlənərək ölüb.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə paytaxtın Şartava küçəsində qeydə alınıb.

Məlumata görə, yaşı 40-dan az olan iki İran vətəndaşı kirayə qaldıqları mənzildə düzgün quraşdırılmayan suqızdırıcı sistemdən sızan dəm qazından boğularaq ölüb.

Onların hər ikisinin kişi olduğu bildirilib.

Hadisə ilə əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən istintaq başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR