Hacıkənd qəsəbəsində yük maşını evə çırpılıb, sürücü xəsarət alıb - - FOTOLENT - VİDEO - YENİLƏNİB

Hacıkənd qəsəbəsində yük maşını evə çırpılıb, sürücü xəsarət alıb -  - FOTOLENT  - VİDEO  - YENİLƏNİB
# 11 iyul 2021 01:30 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

Saat 17:40

Xəbərə fotolar əlavə edilib.

16:50

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə Gəncə -Toğanalı-Kəlbəcər avtomobil yolunun Hacıkənd qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Hərəkətə olan ”Shacman” markalı, betonqarışdıran maşının əyləc sistemində nasazlıq yaranıb. Betonqarışdıran maşın qəsəbədə olan evə çırpılıb. Qəza zamanı sürücü sıxılmış vəziyyətdə qalıb.

Dərhal hadisə yerinə FHN xilas ediciləri cəlb olunub. Sürücü 1979-cu il təvəllüdlü İsayev Elnur Elbrus oğlu xilasedicilər tərəfindən çııxarılıb. O xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR