Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının baş direktoru barəsində cinayət işi başlanıb

Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının baş direktoru barəsində cinayət işi başlanıb
# 26 avqust 2021 10:32 (UTC +04:00)

“Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin baş direktoru barəsində cinayət işi başlanıb.

APA-nın məlumatına görə, xəstəxananın baş direktoru Qarayev Beydulla Ərəstun oğlu barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (Külli miqdarda mənimsəmə və israfetmə) maddəs ilə cinayət işi başlanıb. Cinayət işinin istintaqı tamamlanaraq iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş üzrə məhkəmənin hazırlıq iclası sentyabrın 6-da hakim Aqil Musayevin sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, baş direktorun işində zərərçəkmiş kimi Fərhadov Feyruz Fərhad oğlu tanınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR