Hacıqabulda "Ağbaş Mübariz" ləqəbli kriminal şəxs “patı” ilə saxlanılıb - VİDEO - YENİLƏNİB

Mübariz Aslanov

© APA | Mübariz Aslanov

# 31 iyul 2021 09:29 (UTC +04:00)

Hacıqabulda əvvəllər dəfələrlə məhkum olunan kriminal ləqəbli “Ağbaş Mübariz”, narkotacir və 28 il narkotik vasitə istifadəçisi olan qadın saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, 41 yaşlı Süsən Əsədli saxlanılaraq polis şöbəsinə gətirilib.

Burada onun üzərinə keçirilən baxış zamanı ondan narkotik maddə olan heroin aşkar edilərək götürülüb. S.Əsədli narkotik maddəni Ceyhun adlı şəxsdən aldığını etiraf edib. Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini, 29 yaşlı Ceyhun Bağırov idarə etdiyi “VAZ” markalı nəqliyyat vasitəsi ilə birlikdə saxlanılıb. Onun üzərinə və nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildən narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Polis əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbirləri ilə əvvəllər 6 dəfə məhkum olunan, ümumilikdə 18 il həbsdə yatan, kriminal aləmdə “Ağbaş Mübariz” ləqəbi ilə tanınan 54 yaşlı Mübariz Aslanov da saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı isə ondan "patı" adlanan narkotik maddə olan metamfetamin aşkarlanaraq götürülüb.

Hər iki faktla bağlı Hacıqabul RPŞ-də cinayət işləri açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR