Hacıqabulda avtomobilin vurduğu piyadanın şxsiyyəti müəyyən edilib.
APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, gecə radələrində Bakı-Qazax magistralının Nəvahi kəndi ərazisindən keçən hissəsində "VAZ 2106" markalı avtomobilin vuraraq öldürüb. Şirvan morquna yerləşdirilən meyitin Ucar rayonunun Qaradağlı kənd sakini, 1976-cı il təvəllüdlü Mmmədov Mustafa Əli oğluna məxsus olduğu müəyyən edilib.
Qeyd edək ki, yol-nəqliyyat qəzasının iştirakçısı olan VAZ-2106 markalı avtomobilin sürücüsü yaralını xəstəxanaya çatdırarkən yolda keçinib.
Faktla bağlı Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.
***
07:24
Bakı-Qazax magistralının Hacıqabul rayonunun Nəvahi kəndi ərazisindən keçən hissəsində yol qəzası qeydə alınıb.
APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, "VAZ 2106" markalı avtomobil yolu keçən 40-50 yaşlarında olan piyadanı vurub.
Piyada xəstəxanaya çatdırılarkən yolda keçinib. Hələlik piyadanın şəxsiyyəti müəyyən edilməyib.
Faktla bağlı araşdırma aparılır.