Hacıqabulda baş verən qəzada bir ailənin 5 üzvü xəsarət alıb - YENİLƏNİB

Hacıqabulda baş verən qəzada bir ailənin 5 üzvü xəsarət alıb - YENİLƏNİB
# 14 iyul 2021 14:21 (UTC +04:00)

Hacıqabulda baş verən qəzada bir ailənin 5 üzvü xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Meyniman kəndi ərazisində qeydə alınıb.
"Opel" markalı avtomobillə "Jiquli" markalı avtomobilin toqquşması nəticəsində bir ailənin 5 üzvü - Sumqayıt sakinləri, 2019-cu il təvəllülü Qubadzadə Məhəmməd Ziyarət oğlu, 1957-ci il təvəllüdlü Qurbanov Burxan Fərrux oğlu, 1991-ci il təvəllüdlü İbadova Günel Burxan qızı, 1995-ci il təvəllüdlü Qurbanova Mələk Müslüm qızı və 1966-cı il təvəllüdlü Qurbanova Gülayət Aslan qızı müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

***

13:55

Hacıqabulda baş verən qəzada bir ailənin 4 üzvü xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Meyniman kəndi ərazisində qeydə alınıb.

"Opel" markalı avtomobillə "Jiquli" markalı avtomobilin toqquşması nəticəsində bir ailənin üzvü olan 3 qadın və 1 kişi müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR