Hacıqabulda iki avtomobil toqquşub, bir ailənin 4 üzvü xəsarət alıb, biri ölüb - FOTO - YENİLƏNİB - VİDEO

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi

© APA | Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi

# 30 iyul 2021 16:26 (UTC +04:00)

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul şəhərinin mərkəzi küçəsində baş verib. Hacıqabul sakini, 1986-cı il təvəllüdlü Qocayev Elşən Zayəddin oğlunun idarə etdiyi "VAZ 2106" markalı və Şirvan sakini, 1982-ci il təvəllüdlü Abbasova Natiqə Teyyub qızının idarə etdiyi "Hyundai" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində birinci avtomobilin sürcüsü hadisə yerində ölüb, 6 nəfər xəsarət alıb.

Xəsarət alanlar - Hacıqabul sakinləri - 2008-ci il təvəllüdlü Qocayev Nemət Qabil oğlu, 37 yaşlı Qocayeva Pərvin Qabil qızı, 2012-ci il təvəllüdlü Qocayev Əhməd Elşən oğlu, 2011-ci il təvəllüdlü Qocayeva Ruqiyyə Elşən qızı və “Hyundai” markalı avtomobilin sürücüsü Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

***

15:27

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul şəhərinin mərkəzi küçəsində baş verib. "VAZ 2106" markalı avtomobillə "Hyundai" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Yaralılar Şirvan xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR