Hacıqabulda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslər tutulub

Hacıqabulda narkotik vasitələrin dövriyyəsi  ilə məşğul olan şəxslər tutulub

© APA | Hacıqabul, narkotik

# 04 iyun 2021 12:54 (UTC +04:00)

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində bir neçə əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, daxil olan əməliyyat məlumatları əsasında rayon sakinləri Vasif Cəfərov və Novruz Atamoğlanov şöbə əməkdaşları tərəfindən saxlanılıblar. Şəxsi axtarış zamanı hər iki şəxsdən narkotik maddə olan heroin aşkar olunaraq götürülüb.
Keçirilən digər bir əməliyyat zamanı isə rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Əziz Əzizov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman həyətyanı sahədən xüsusi aqrotexniki qayda ilə qulluq edilərək yetişdirilmiş 22 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar aparılır. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR