Hacıqabulda pandemiya qaydalarını pozan şadlıq sarayının icarədarı cərimələnib

Hacıqabulda toylarda pandemiya qaydaları pozulub

© APA | Hacıqabulda toylarda pandemiya qaydaları pozulub

# 24 iyul 2021 14:37 (UTC +04:00)

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayonun Pirsaat ərazisində yerləşən "Baxçalı" şadlıq sarayında təşkil olunan toy məclisində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, adı çəkilən şadlıq sarayının icarədarı İ.Huseynov təşkil edilən toy mərasimi ilə bağlı məlumatları “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirməyərək, məclisdə 120 nəfər qonağın iştirak etməsini təşkil edib.

Yol verilən qayda pozuntusu ilə bağlı obyektlərin icarədarları 4000 manat məbləğində cərimə olunub.

Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Padar qəsəbəsində, Kolanı və Talış kəndlərində yerləşən dörd fərdi yaşayış evinin həyətində keçirilən toy məclislərində də pandemiya qaydalarının pozulduğu və müəyyən edilmiş saydan artıq qonaqların iştirak etdiyi müəyyən edilib.

Həmin toy məclislərinin sahibləri ilə izahedici söhbətlər aparılıb və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR