Hadrutda evin həyətində bomba tapılıb - FOTO

Xocavənddə aşkarlanan partlayıcı vasitə

© APA | Xocavənddə aşkarlanan partlayıcı vasitə

# 24 avqust 2021 11:58 (UTC +04:00)

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlamamış sursatların aşkar edilməsi istiqamətində profilaktiki tədbirlər mütəmadi olaraq davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşları xidməti fəaliyyətini yerinə yetirərkən rayonun işğaldan azad edilmiş Hadrut qəsəbəsi ərazisindəki evlərdən birinin həyətində “M-85” markalı bomba aşkar ediblər. Həmin ərazi dərhal nəzarətə götürülüb və aşkar edilmiş partlayıcı vasitənin zərərsizləşdirilməsi üçün Minatəmizləmə Agentliyinin əməkdaşlarına məlumat verilib. Bomba zərərsizləşdirildikdən sonra ərazinin təhlükəsizliyi təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR