Hakim koronavirusa yoluxduğuna görə Vüqar Səfərli və Vilyam Hacıyevin məhkəməsi təxirə düşüb

Hakim İradə Həsənzadə

© APA | Hakim İradə Həsənzadə

# 30 avqust 2021 16:39 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi koronavirusa yoluxub.

APA-nın xəbərinə görə, hakim İradə Həsənzadənin koronavirus testinin nəticəsi pozitiv çıxıb.

Bununla bağlı onun icraatında olan cinayət işləri üzrə məhkəmə prosesləri təxirə salınıb. Bundan başqa, İ.Həsənzadə ilə eyni tərkibdə olan hakim Azər Paşayev və Əhməd Quliyevin də icraatında olan cinayət işləri üzrə proseslər təxirə düşüb.

Qeyd edək ki, İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin və ləğv olunmuş KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işləri hakim Azər Paşayevin icraatındadır. Bu səbəbdən onların sentyabrın 3-də keçirilməli olan məhkəmə prosesləri təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR