Helikopterin qəzaya uğraması ilə bağlı cinayət işinin istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb

Baş Prokurorluq

© APA | Baş Prokurorluq

# 30 noyabr 2021 16:33 (UTC +04:00)

Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı başlanılan cinayət işi Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.

APA xəbər verir ki, bu barədə Baş Prokurorluğun helikopter qəzası ilə bağlı yaydığı məlumatda bildirilib.

Qeyd edək ki, bu gün Dövlət Sərhəd Xidməti “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı helikopter qəzaya uğrayıb. Nəticədə 14 hərbi qulluqçu həlak olub, 2 nəfər yaralanıb.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR