Həmkəndlisi tərəfindən qayçı ilə xəsarət yetirilən Goranboy sakini xəstəxanada ölüb

Həmkəndlisi tərəfindən qayçı ilə xəsarət yetirilən Goranboy sakini xəstəxanada ölüb
# 29 iyun 2021 09:44 (UTC +04:00)

İyunun 28-i saat 01 radələrində Goranboy rayon, İmirli kənd sakini Toğrul Abdullayevə xəsarət yetirilməsi və almış olduğu xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bərdə rayon prokurorluğundan APA-ya verilən xəbərə görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin həmkəndlisi Rəşad Musayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı məişət təyinatlı qayçı ilə Toğrul Abdullayevin sol döş qəfəsi nahiyəsinə xəsarət yetirməsi nəticəsində sonuncu almış olduğu xəsarətdən xəstəxanada ölüb.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rəşad Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda istintaq davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR