Həmkəndlisini bıçaqlayan Kürdəmir sakini saxlanılıb

Həmkəndlisini bıçaqlayan Kürdəmir sakini saxlanılıb
# 12 iyul 2021 11:55 (UTC +04:00)

Kürdəmir rayonu Muradxan kənd sakini İbrahim Salmanovun bıçaqla yetirilmiş kəsilmiş-deşilmiş xəsarəti ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, polis əməkdaşlarının istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkənə xəsarət yetirən həmkəndlisi Amil Abuşov saxlanılıb. O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, İ. Salmanova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı Kürdəmir RPŞ-də araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR