Həmyerlisini döyən Oğuz sakini saxlanılıb

Həmyerlisini döyən Oğuz sakini saxlanılıb
# 26 may 2021 09:43 (UTC +04:00)

Oğuz rayon sakini həmyerlisini döyərək xəstəxanalıq edib.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, rayonun Tayıflı kənd sakini İmran Məmmədov bədənin çoxsaylı küt travmaları ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı İ. Məmmədovun rayonun Zərrab kənd sakini Qabil Əliyev tərəfindən döyüldüyü məlum olub. İ. Məmmədov Oğuz RMX-da ilkin yardım göstərildikdən sonra müayinə və müalicə edilmək üçün Qəbələ RMX-a göndərilib. Oğuz rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat zamanı İ. Məmmədovu döyməkdə şübhəli sayılan Q. Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR