Həyat yoldaşını qətlə yetirən Cəlilabad sakini tutulub

Həyat yoldaşını qətlə yetirən Cəlilabad sakini tutulub
# 02 sentyabr 2021 09:51 (UTC +04:00)

Mayın 28-də rayon sakini Rəna Xanaliyevanın qəsdən öldürülməsi faktı əsasında Cəlilabad rayon prokurorluğunda istintaq aparılıb.

Rayon Prokurorluğundan APA-ya verilən xəbərə görə, aparılmış istintaqla məlum olub ki, zərərçəkmişin keçmiş əri Cavid Bayramov qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Rəna Xanaliyevanın iradəsi ziddinə mənzilinə daxil olaraq bıçaqla xəsarət yetirərək onu qəsdən öldürüb.

Cavid Bayramov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 157-ci (mənzil toxunulmazlığını pozma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR