Horadiz-Mincivan dəmir yolu xəttindən 49 ədəd rels oğurlayan şəxslər tutulub

Horadiz-Mincivan dəmir yolu xəttindən 49 ədəd rels oğurlayan şəxslər tutulub
# 04 oktyabr 2021 13:40 (UTC +04:00)

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının çevikliyi və operativliyi sayəsində Horadiz-Mincivan dəmir yolunun Füzuli rayonu ərazisindən keçən hissəsindən “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus 49 ədəd relsi oğurlayan 3 nəfər saxlanılıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən onların Beyləqan rayon sakini İ.Həsənov, Bakı şəhər sakini Z.Zahidov və Ağdam rayon sakini M.Musayev olduqları müəyyən edilib.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR