Hövsanda baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB

Hövsanda yanğın

© APA | Hövsanda yanğın

# 22 iyun 2021 16:58 (UTC +04:00)

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində açıq ərazidə olan yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

FHN-dən APA-ya verilən məlumata görə, ilkin məlumata əsasən, təqribən 2 ha ərazidə təkər və məişət tullantıları yanıb.

***

15.39

Hövsanda açıq ərazidə məişət tullantıları yanır.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində açıq ərazidə məişət tullantılarının yanması barədə məlumat daxil olub. Hal-hazırda FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən ərazidə yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR