"İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibinin məhkəməsi başlayıb

"İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibinin məhkəməsi başlayıb
# 17 may 2021 16:12 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində "İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın xəbərinə görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, cinayət işinə baxan hakimlər kollegiyasında təmsil olunan Telman Hüseynovun ikinci dəfə koronavirusa yoluxma ehtimalı var və o bu gün test verib.

Məhkəmə prosesi bu səbəbdən mayın 24-nə qədər təxirə salınıb.

Qeyd edək ki, İ. İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR