İki milyonluq oğurluğa görə tutulanların daha üç evdən 177 min manat oğurladıqları məlum olub

İki milyonluq oğurluğa görə tutulanların daha üç evdən 177 min manat oğurladıqları məlum olub
# 26 may 2021 12:19 (UTC +04:00)

Oğurluğa görə saxlanılan şəxslərin daha 3 evdən külli miqdarda oğurluq etdikləri məlum olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, oğurluq etdiyinə görə tutulan Ə.Əhmədovun və C.Süleymanovun ətraflarında Yasamal RPİ 27-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların müxtəlif vaxtlarda daha 3 evdən ümumilikdə 100600 ABŞ dolları, 700 avro, 5000 manat dəyərində geyim, qızıl-zinət və məişət əşyaları oğurlamaları da müəyyən edilib.

Qeyd edək ki, adı çəkilən şəxslər bir qədər əvvəl saxlanılıb. Onların ümumilikdə mənzillərdən 2 milyon manatlıq oğurluq etdikləri məlum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR