İki rayon, bir şəhərə prokuror təyin olunub

Baş Prokurorluq

© APA | Baş Prokurorluq

# 21 oktyabr 2021 18:05 (UTC +04:00)

Baş Prokurorun əmrinə əsasən 2 rayon və 1 şəhərə yeni prokurorlar təyin olunub.

Baş Prokurorluqdan APA-ya verilən xəbərə görə, əmrə əsasən, ədliyyə müşaviri Fuad Məmmədov Binəqədi rayonuna prokuror təyin edilib.

Bundan başqa, ədliyyə müşavirləri Rahim Səfəralıyev Xızı rayonuna, Kamal Talıbov isə Şirvan şəhərinə prokuror təyinatı alıblar.

Qeyd edək ki, bu barədə məlumatı ilk olaraq lent.az saytı yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR