İmişli sakini qohumuna 18 bıçaq zərbəsi vuraraq qətlə yetirib

İmişli sakini qohumuna 18 bıçaq zərbəsi vuraraq qətlə yetirib
# 18 sentyabr 2021 07:52 (UTC +04:00)

İmişlidə 33 yaşlı kişi qətlə yetirilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli rayonunun Çaxırlı kəndində baş verib.

Kənd sakini, 1993-cü il təvəllüdlü Mürsəlov Azad Adil oğlu münaqişə zəminində qohumu, 1988-ci il təvəllüdlü Vəliyev Cabir Naqil oğlunu 18 bıçaq zərbəsi ilə qətlə yetirib.

A.Mürsəlov polis tərəfindən saxlanılıb.
Faktla bağlı İmişli Rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR