İmişli və Ağcabədi rayonlarında ferma, Ağdamda isə ev yanıb

İmişli və Ağcabədi rayonlarında ferma, Ağdamda isə ev yanıb
# 04 sentyabr 2021 08:46 (UTC +04:00)

İmişli rayonunun Məmmədli kəndində fermanın ərazisində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, ümumi sahəsi 24 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Ağcabədi rayonunda da ferma yanıb. Yanğın Hüsülü kəndində baş verib.

Ağdam rayonunun Çəmənli kəndində isə ümumi sahəsi 60 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hər üç yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR