İmişlidə 30 yaşlı qadın bir aydır itkin düşüb - FOTO

İmişlidə itkin düşən qadın

© APA | İmişlidə itkin düşən qadın

# 16 sentyabr 2021 10:52 (UTC +04:00)

İmişli rayon sakini itkin düşüb.


DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, rayonun Məzrəli kənd sakini, 30 yaşlı Südabə Məmmədova avqust ayının 9-da səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Südabə Məmmədovanın əlamətləri belədir: boyu 158 sm., orta bədən quruluşlu, saçlarının rəngi şabalıdı, gözlərinin və qaşlarının rəngi qəhvəyidir.


Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin İmişli Rayon Polis Şöbəsinə (02124) 6-60-13 şəhər və 055-231-00-32 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR