İmişlidə avtomobilin vurduğu kişi xəstəxanada ölüb   - YENİLƏNİB

İmişlidə avtomobilin vurduğu kişi xəstəxanada ölüb   - YENİLƏNİB
# 22 avqust 2021 21:50 (UTC +04:00)

İmişlidə avtomobilin vurduğu piyada, 1955-ci il təvəllüdlü Quliyev Vahid İsa oğlu dünyasını dəyişib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, həkimlərin səylərinə baxmayaraq, xəstəxanaya yerləşdirilən rayon sakinin həyatını xilas etmək mümkün olmayıb.

***

20:48

İmişlidə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli şəhərində qeydə alınıb.

“VAZ 2106” markalı avtomobil Yalavac kənd sakini, 1955-ci il təvəllüdlü Quliyev Vahid İsa oğlunu vurub.

Piyada sınıq xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR