İmişlidə baş vermiş qəzada 2 nəfər ölüb

İmişlidə baş vermiş qəzada 2 nəfər ölüb
# 07 sentyabr 2021 00:08 (UTC +04:00)

İmişlidə baş verən qəzada 2 nəfər ölüb, bir nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli rayonunun Cəfərli kəndində qeydə alınıb.

Motosikletlə "VAZ 2115" markalı avtomobilin toqquşması nəticəsində motosikletdə olan 3 nəfərdən biri - Əliqulular kənd sakini, 1989-cu il təvəllüdlü Şiraslanov Kamil Zülfü oğlu hadisə yerində, digəri - Əliqulular kənd sakini, 1987-ci il təvəllüdlü Şiraslanov Zamin Bəhlul oğlu Şirvan xəstəxanasında dünyasını dəyişib. Bir nəfər - 2007-ci il təvəllüdlü Musayev Elbay Xasay oğlu isə yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR