İmişlidə pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbiri keçirilib

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti İmişlidə maarifləndirmə tədbiri keçirib

© APA | FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti İmişlidə maarifləndirmə tədbiri keçirib

# 29 sentyabr 2021 12:42 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi İmişli rayonunda yerləşən “MTK İstehsalat Kommersiya” MMC-nin İnnovasiya mərkəzində pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunmasına dair maarifləndirmə tədbiri keçirib.

FHN-dən APA-ya verilən məlumata görə, tədbirdə qeyd olunan müəssisənin əməkdaşları iştirak ediblər.

"Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyi tələbləri" mövzusunda keçirilən tədbirdə xam pambığın yığılmasına, daşınmasına və emalına cəlb olunan kənd təsərrüfatı texnikalarının ilkin yanğınsödürmə vasitələri və qığılcımsöndürənlərlə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Pambıq tarlalarının, pambıqqurutma meydançalarının ərazisində və yaxınlığında tonqal qalanması, açıq oddan istifadə edilməsi, siqaret çəkilməsinin yolverilməzliyi xüsusi vurğulanıb. Bundan başqa, su mənbələrinə yolların salınmasının, hovuzların yanında avtomobillərin manevr etməsi üçün meydançaların təşkil edilməsinin zəruriliyi də tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

Sonda mövzu ilə bağlı suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR