Biləsuvarda polisə xəsarət yetirən şəxs saxlanılıb

Biləsuvarda polisə xəsarət yetirən şəxs saxlanılıb
# 31 iyul 2021 02:00 (UTC +04:00)

Biləsuvarda polisə xəsarət yetirən şəxs saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə iyulun 30-da Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə baş verib.

Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd sakini Sərvan Yaqubov şərxoş vəziyyətdə xuliqanlıq hərəkətləri törədərkən Cəbrayıl Rayon Polis Şöbəsinin polis nəfəri, polis serjantı Qurban Qurbanova müqavimət göstərib və ona bıçaqla xəsarətlər yetirib.

Əməliyyatla S.Yaqubov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Cəbrayıl rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR