İribuynuzlu heyvan tərəfindən xəsarət aldığını deyən Sabirabad sakininin bıçaqlandığı məlum olub - YENİLƏNİB - VİDEO

İribuynuzlu heyvan tərəfindən xəsarət aldığını deyən Sabirabad sakininin bıçaqlandığı məlum olub - <span class="red_color">YENİLƏNİB - <span class="red_color">VİDEO
# 14 iyun 2021 08:36 (UTC +04:00)

Sabirabad sakini tanışı tərəfindən bıçaqlanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Suqovuşan kənd sakini, 1985-ci il təvəllüdlü Qubadov Yusif Böyükxan oğlu münaqişə zəminində Kərəm adlı həmkəndlisi tərəfindən bıçaqlanıb. 

O, qarın boşluğunu dəlib  keçən xəsarətlə Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilib və cərrahiyə əməliyyatına götürülüb.

Qeyd edək ki, bundan əvvəl yaralı onu guya heyvanın buynuzu ilə vurduğunu deyərək polisə yanlış məlumat verib. Hadisəni törədən şəxs polis tərəfindən axtarılır. 
Faktla bağlı araşdırma aparılır.

 

***

01:10

Sabirabadda inək sahibinə ağır xəsarət yetirib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, həyətində saxladığı inək buynuzu ilə Sabirabad rayonunun Suqovuşan kənd sakini, 1985-ci il təvəllüdlü Qubadov Yusif Böyükxan oğlunu vurub.

İnəyin buynuzu onun qarın boşluğunu dəlib keçib.

Y.Qubadov aldığı xəsarət səbəbindən Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, dərhal əməliyyat olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR