İşğaldan azad edilmiş ərazilərdə ötən həftə 316 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə ötən həftə 316 mina aşkarlanıb
# 08 noyabr 2021 13:13 (UTC +04:00)

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

Agentlikdən APA-ya verilən məlumata görə, noyabrın 1-dən 6-na qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 173 piyada əleyhinə mina, 143 tank əleyhinə mina və 93 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 121 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR