İşğaldan azad olunmuş ərazilərə icazəsiz keçməyə cəhd edən şəxslər tutulub

İşğaldan azad olunmuş ərazilərə icazəsiz keçməyə cəhd edən şəxslər tutulub
# 04 oktyabr 2021 13:53 (UTC +04:00)

Müvafiq icazələri olmadan işğaldan azad olunmuş Xocavənd rayonu ərazisinə keçməyə cəhd göstərmiş şəxslər saxlanılıblar.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, oktyabrın 2-də saat 4 radələrində işğaldan azad olunmuş Xocavənd rayonunun Böyük Tağlar kəndi ərazisində yerləşən nəzarət postunda İmişli rayon sakinləri Q.Talıbovun idarə etdiyi “Shacman” və R.Quliyevin idarə etdiyi “Hovo” markalı avtomobillərə saxla işarəsi verilib, lakin sürücülər tabesizlik göstərərək hərəkəti davam etdiriblər.

Görülmüş tədbirlərlə onlar saxlanılıblar. Araşdırmalarla Q.Talıbovun sərnişini C.Məmmədovun və R.Quliyevin sərnişini N.Tapdıqovun işğaldan azad olunmuş ərazilərə keçmək üçün müvafiq icazələrinin olmaması müəyyən edilib. “Shacman” markalı avtomobilin yük yerinə baxış zamanı oradan “Altay” markalı traktor, “Hovo” markalı avtomobilin yük yerinə baxış zamanı isə dəmir və əlvan metallar aşkar edilib.

Onlar RPŞ-yə gətirilib və toplanmış materialla birgə rayon məhkəməsinə göndəriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR