İsmayıllı meşəsində yük maşınına odun yığan fəhlə yıxılaraq ölüb

İsmayıllı meşəsində yük maşınına odun yığan fəhlə yıxılaraq ölüb

© APA | İsmayıllı meşəsində yük maşınına odun yığan fəhlə yıxılaraq ölüb

# 29 oktyabr 2021 12:12 (UTC +04:00)

İsmayıllı rayonunda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Quşencə kəndi ərazisindəki meşə sahəsində qeydə alınıb. Kənd sakini, 1974-cü il təvəllüdlü Cəbiyev İmran Niyazi oğlu həmyerlisi Teymur Mütəllimova məxsus "QAZ 52" markalı yük avtomobilinə odun yığarkən 3 metr hündürlükdən yerə yıxılıb. Baş və boyun nahiyyəsindən ağır xəsarətlər alan İmran Cəbiyev hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR