İsmayıllıda dağlıq ərazidə yanğın söndürülüb - VİDEO

İsmayıllıda dağlıq ərazidə yanğın söndürülüb

© APA | İsmayıllıda dağlıq ərazidə yanğın söndürülüb

# 31 avqust 2021 12:00 (UTC +04:00)

İsmayıllı rayonu, Sərdahar kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində söndürülüb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın nəticəsində ümumilikdə, təqribən, 5 hektar sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb. Relyefin mürəkkəbliyinə baxmayaraq, görülmüş tədbirlər sayəsində yanğının genişlənərək sıx meşəlik əraziyə keçməsinin qarşısı alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR