İsmayıllıda evdən 18 min manat oğurlanıb

İsmayıllıda evdən 18 min manat oğurlanıb
# 27 iyul 2021 12:35 (UTC +04:00)

İsmayıllıda mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 18000 manat pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib.

Əməliyyatla Qalagah kənd sakinləri, əvvəllər məhkum olunmuş iki nəfər İ.Zeynalov və X.Məmmədov saxlanılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR