İsmayıllıda heroin alverçisi saxlanılıb - FOTO - VİDEO

İsmayıllıda heroin alverçisi saxlanılıb  - FOTO  - VİDEO
# 22 avqust 2021 09:36 (UTC +04:00)

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, keçirilən əməliyyat zamanı üzərində narkotik vasitə daşımaqda və saxlamaqda şübhəli bilinən rayon sakini Əmrah Həsənov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 0,3 qram narkotik vasitə olan heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Saxlanılan şəxsin ətrafında davam etdirilən tədbirlərlə onun həmin heroini 10 manata Zakir adlı şəxsdən aldığı müəyyən edilib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayonun Mican kənd sakini Zakir Niftalıyev də şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan satış məqsədilə üzərində gəzdirdiyi 18 ədəd kağız bükümdə heroin aşkar olunub. Həmin şəxsin yaşadığı ünvana baxış keçirilən zaman oradan da eyniadlı narkotik vasitə aşkarlanıb və qablaşdırılaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR