İsmayıllıda meşədə narkotik becərənlər yaxalanıb

İsmayıllıda meşədə narkotik becərənlər yaxalanıb

© APA | İsmayıllıda meşədə narkotik becərənlər yaxalanıb

# 03 avqust 2021 15:20 (UTC +04:00)

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat tədbiri həyata keçirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna bildirilib ki, rayonun Göytəpə kəndi ərazisindəki meşə massivində çətənə kollarının becərilməsi barədə polisə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbirlər nəticəsində həmin yerdə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Namiz Mirzəliyev və Tərlan Mamedov elə “iş başında” yaxalanıb. Əraziyə baxış zamanı oradan 41 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Araşdırma zamanı saxlanılan şəxslərin narkotik tərkibli bitkiləri həm şəxsi istifadələri, həm də satmaq məqsədilə becərdikləri məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, Namiz Mirzəliyev və Tərlan Mamedov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR