İsmayıllıda polisə xəsarətlər yetirən sürücünün məhkəməsi başlayır

İsmayıllıda polisə xəsarətlər yetirən sürücünün məhkəməsi başlayır
# 06 oktyabr 2021 10:57 (UTC +04:00)

İsmayıllı rayonunda polisə zor tətbiq etməkdə təqsirləndirilən sürücünün məhkəməsi başlayır.

Bu barədə APA-ya İsmayıllı rayon prokurorluğundan bildirilib.

Xəbər verildiyi kimi, 24 iyul 2021-ci il tarixdə İsmayıllı şəhəri, Nizami küçəsində rayon polis şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq rayon prokurorluğunda istintaq aparılıb.

İstintaqla müəyyən edilib ki, İsmayıllı RPŞ-nin DYP Bölməsinin yol patrul xidməti inspektoru Bəhram Bəhramlı İsmayıllı şəhərində xidmət apardığı zaman “BMW X5” markalı, 90-MP-065 dövlət qeydiyyat nişanlı avtomobili qayda pozuntusuna yol verildiyinə görə dayandırdıqda sürücü Ruslan Maxsudov avtomobildən enərək Bəhram Bəhramlıya müqavimət göstərməklə onun xidməti geyim formasını cırıb, həmçinin əlləri ilə üz və boyun nahiyəsinə zərbələr endirərək dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirib.
Ruslan Maxsudov Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR