İsmayıllıda yük avtomobili yanıb

İsmayıllıda yük avtomobili yanıb
# 04 iyul 2021 20:53 (UTC +04:00)

İsmayıllı rayonunun Gəndov kəndində yük avtomobilində yanğın olub.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. İlkin məlumata əsasən, yanğın nəticəsində "Tatra" markalı yük avtomobilinin yanar hissələri və banına yığılmış 250 ədəd ot bağlaması yanıb. Yanğından mühafizə bölmələri çatana kimi sürücü müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.

Yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq saat 20:13-də söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR