İsmayıllıdakı qəza zamanı xəsarət alanların kimliyi bəlli olub - FOTO - YENİLƏNİB

İsmayıllıda “Mercedes” dərəyə aşıb

© APA | İsmayıllıda “Mercedes” dərəyə aşıb

# 23 may 2021 17:01 (UTC +04:00)

İsmayıllı rayonunda avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün rayonun Lahic qəsəbəsi ərazisində qeydə alınıb.

Abşeron rayonu Mehdiabad qəsəbə sakini, 2001-ci il təvəllüdlü Muradov Fərid Rüfət oğlu "Mersedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, maşın yoldan çıxaraq 30 metr hündürlükdən dərəyə aşıb. Hadisə zamanı sürücü Fərid Muradov və sərnişin, Şabran rayon sakini, 1995-ci il təvəllüdlü İsayev Sabir İlham oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Saat 09:14

İsmayıllı rayonunun Namazgah kəndində “Mercedes” markalı minik avtomobili dərəyə aşıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə,

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İsmayıllı rayonunun Namazgah kəndində “Mercedes” markalı minik avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR