İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb - FOTO

İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb

© APA | İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb

# 01 dekabr 2021 16:58 (UTC +04:00)

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1; 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 6 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Elsevər Əli oğlu Əmirova tanışı Kürdəmir rayon sakini Rəşid Dədəxan oğlu Məmmədov tərəfindən gətirilən sovqata baxış keçirilib.

Baxış zamanı orada olan plastik qabdakı yeməyin içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 0,118 qram olan narkotik vasitə heroin, ümumi çəkisi 1,127 qram olan narkotik vasitə tiryək və ümumi çəkisi 0,136 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR