İtkin düşmüş Ağdam sakininin axtarışları davam edir - YENİLƏNİB - VİDEO

Cəsarət Hətəmxanov, itkin düşən şəxs

© APA | Cəsarət Hətəmxanov, itkin düşən şəxs

# 10 iyun 2021 20:29 (UTC +04:00)

İtkin düşmüş Ağdam rayon sakininin axtarışları aparılır.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya bildirilib ki, Ağdam rayon sakini Cəsarət Hətəmxanovun itkin düşməsi ilə əlaqədar Rayon Polis Şöbəsinə 2 gün öncə müraciət daxil olub.

Müraciətlə əlaqədar Ağdam RPŞ-nin əməkdaşları və digər aidiyyəti qurumlar tərəfindən işğaldan azad edilmiş ərazilər də daxil olmaqla, bütün rayon ərazisində axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, Ağdamın Seyidli kənd sakini C.Hətəmxanov Quzanlı qəsəbəsində məzar daşlarının bərpası sexində sürücü işləyir. Sonuncu dəfə 5 gün əvvəl işlədiyi məzar daşlarının bərpası sexindən növbəti qəbir daşını düzəltmək üçün gedib və geri qayıtmayıb.

***

9 iyun, saat 00:07

Ağdamda 43 yaşlı kişi itkin düşüb.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Seyidli kənd sakini Hətəmxanov Cəsarət Səyyaf oğlu hazırda yaşadığı rayonun Quzanlı qəsəbəsindən işlədiyi məzar daşlarının bərpası sexindən növbəti qəbir daşını düzəltmək üçün gedib və geri qayıtmayıb.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsinə məlumat verilib.

C.Hətəmxanovu görən şəxslərdən Daxili İşlər Nazirliyinin 102 xidmətinə və onun atası Səyyaf Hətəmxanova məxsus (050) 302 3563 mobil nömrəsinə xəbər vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR